Noy 26, 2020 14:23 Asia/Baku
  • Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir

“Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq”. Bunu Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine bildirib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir:

“Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”, deyə o,əlavə edib.

Lemoine qeyd edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

 

Teqlər