Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir
Noy 26, 2020 15:13 Asia/Baku
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Təkcə son sutka ərzində ölkədə daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 nəfər pandemiyanın qurbanı olub.
SəhərAzəri xəbər verir, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da bu ölkədə COVID-19-a yoluxanların sayı 118 min 690-a çatıb. Yoluxanların 98 781-i sağalıb, 1 124-ü isə ölüb.
Hazırda karantin zonalarında 2 071, stasionar nəzarətdə 6 min 145 nəfər var.
Xəstəliyi yüngül formada keçirən 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.