Qarabağa dair Bəyanatın icrası insident təmin edilir
Noy 27, 2020 18:31 Asia/Baku
Rusiya XİN: Qarabağa dair üçtərəfli Bəyanatın əsas müddəalarının icrası heç bir ciddi insident olmadan təmin edilir
Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur.
SəhərAzəri yerli mənbələrə istinadla məlumat verir, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həftə ərzində Dağlıq Qarabağda vəziyyət sabitləşməyə davam edib: “Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”.