Ermənilər rus səfirliyinin qarşısında aksiya keçirib
İrəvanda Azadlıq meydanından başlayan yürüş Rusiya səfirliyinin qarşısında mitinqlə davam edib.
SəhərAzəri xəbər verir, bu barədə erməni mətbuatı məlumat yayıb.
Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinə ünvanlanan müraciətlərini oxuyublar.
“Hörmətli Sergey Pavloviç! Atəşkəsin elan edilməsindən artıq 20 gün keçir, lakin onlarla insan itkin və ya əsirlikdə qalır. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın səkkizinci bəndi məhkumların və ölənlərin cəsədlərinin dəyişdirilməsini, itkin düşənlərin axtarışını nəzərdə tutur. Ancaq bu işlərin vaxtı göstərilməyib. Prosesə şəxsən müdaxilə etməyinizi və xahişimizi Rusiya Federasiyası rəhbərliyinə çatdırmağınızı xahiş edirik. Əminik ki, bu cür vasitəçilik əsirlərimizin qayıtmasını sürətləndirəcək", - müraciətdə qeyd olunub.
Qeyd edək ki, erməni tərəfinin iddiasına görə, Azərbaycan tərəfində 50-60 əsir var. Onlardan 30 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.