Gürcüstanda ötən gün arzində 5 450 nəfər koronavirusa yoluxub
Dek 05, 2020 11:50 Asia/Baku
Gürcüstanda ötən sutkada koronavirusa 5 450 yeni yoluxma faktı qeydə alınıb, 2 306 nəfər müalicə olunaraq sağalıb, 37 xəstə vəfat edib.
SəhərAzəri xəbər verir, Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bu barədə məlumat verilib ki, Son sutka ərzində Gürcüstanda daha 5 min 450 nəfərdə koronavirus təsdiqlənib. 2 306 nəfər sağalıb, 37 xəstə həyatını itirib.
Gürcüstanda indiyədək ümumilikdə COVID-19-a yoluxanların ümumi sayı 158 154-ə çatıb. Yoluxan şəxslərin 129 210-ı sağalıb və 1 462 xəstə ölüb.
Hazırda karantində 1 325, xəstəxanalarda 6 768 nəfər nəzarətdə saxlanılır.