Dek 05, 2020 21:34 Asia/Baku
  • İrəvanda Paşinyana qarşı minlərlə etirazçı aksiya keşiriblər

Ermənistanın baş naziri Nikol Paşinyanın malikanəsinin qarşısına toplaşan etirazçılar onun gələn çərşənbə axşamınadək istefa verməsini tələb ediblər.

SəhərAzəri xəbər verir, Şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər.
Ermənistanın baş naziri Nikol Paşinyanın malikanəsinin qarşısına toplaşan etirazçılar onun gələn çərşənbə axşamınadək istefa verməsini tələb ediblər. 

Müxalif "Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib: "Çərşənbə axşamı saat 12:00-dək istefa verməsinə görə Paşinyana vaxt veririk. Əgər o bunu etməsə, bütün ölkədə itaətsizlik aksiyaları başlanacaq. Əgər o, çərşənbə axşamınadək getməsə, biz özümüz onu çıxaracağıq".

Teqlər