Dek 06, 2020 20:31 Asia/Baku
  • Bu il inflayasiya göstəricisi Azərbaycan R-da azalıb, Ermənistanda isə artıbdır

Bu il inflayasiya göstəricisi Azərbaycan Respublikasında azalıb, Ermənistanda isə artıbdır.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasında inflayasiya göstəricisinin azalma prosesi davam edib. Belə ki, oktyabr ayınadək olan on iki aylıq müddətin sonunadək bu ölkədə inflyasiya göstəricisi öncəki ayda olan iki tam onda doqquz faizdən iki tam onda səkkiz faizə enibdir ki, bu rəqəm son səkkiz ayda ən aşağı inflyasiya göstəricisi hesab olunur.

Həmçinin oktyabr ayınadək olan on iki aylıq müddətin sonunadək Ermənistanda inflyasiya səviyyəsi öncəki ayda olan bir tam onda üç faizdən bir tam onda altı faizə qalxıbdır ki, bu rəqəm, son üç ayda ən yüksək inflyasiya göstəricisi sayılır.

Yeyinti və içki məhsulları bu ölkədə qiymətləri hərəkətə gətirən ən böyük amil olub. Bu sektordan sonra müalicə xidmətləri iki tam onda səkkiz faizlik inflyasiya, nəqliyyat sahəsi isə iki faizlik inflyasiya keçirirlər.

Teqlər