Gürcüstanda koronavirusa yoluxanların sayı 175 minə çatıb
Dek 09, 2020 14:35 Asia/Baku
Gürcüstanda son sutka ərzində daha 4 min 734 nəfərdə koronavirus aşkarlanıb. Son 24 saat ərzində 3 min 895 nəfər müalicə olunaraq evə buraxılıb, 38 nəfər pandemiyanın qurbanı olub.
SəhərAzəri xəbər verir, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 174 383-ə çatıb. Onların 145 287-si sağalıb, 1 614-ü isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 1 126, stasionar nəzarətdə isə 6 900 nəfər saxlanılır.
Daha 3 689 nəfər isə xüsusi otellərdə müalicə alır.