Ermənistan Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir
Ermənistan Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.
SəhərAzəri xəbər verir, Ermənistanda hakim partiyanın bu ölkə parlamentindəki tanınmış nümayəndəsi iki ölkə arasında diplomatik əlaqələrin qurulması üçün bu ölkənin Azərbaycan Respublikası ilə müzakirələrinin keçirilməsini istəyib.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan bu ölkənin Qarabağ müharibəsində məğlub olduğunu etiraf edərək deyib ki, Ermənistan mümkün olan tez bir zamanda bu ümidsizlik vəziyyətindən çıxmağa ehtiyac duyur.
Koçaryan sonra deyib: İrəvan diplomatik əlaqələrin qurulması üçün Bakı ilə danışıqlar yolunu açmağa çalışmalıdır, zira bu addım ölkənin təhlükəsizlik sisteminin təşkili, həmçinin ordunun bərpa edilməsi, təhlükəsizlik və iqtisadi inkişafa səbəb olacaq.