Erməni etirazçılar Ermənistan baş nazirinin ofisinə girməyə çalışıblar
https://azeri.sahartv.ir/news/qafqaz-i370665-erməni_etirazçılar_ermənistan_baş_nazirinin_ofisinə_girməyə_çalışıblar
Ermənistan hökumətinə qarşı çıxanlar dünən Nikol Paşinyanın ofisi önündə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2020 11:04 Asia/Baku
  • Erməni etirazçılar Ermənistan baş nazirinin ofisinə girməyə çalışıblar

Ermənistan hökumətinə qarşı çıxanlar dünən Nikol Paşinyanın ofisi önündə aksiya keçiriblər.

SəhərAzəri xəbər verir, Etirazçılar və Ermənistanın polis qüvvələri bu ölkənin baş nazirinin ofisi qarşısında toqquşublar. İrəvan polisi baş nazirin ofisinə girməyə çalışan bir qrup etirazçını həbs edib.

Ermənistanda xalqın və partiyaların geniş etirazları səngimir. Etirazçılar baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.

Aksiyaçılar ötən ay Moskvanın vasitəçiliyi ilə Ermənistan ilə Azərbaycan Respublikası arasında imzalanan atəşkəs razılaşmasına etiraz edirlər.

Ermənistan polisi ötən həftə keçirilən etiraz aksiyalarında yüzə yaxın aksiyaçını həbs edibdir. Bu etirazlar atəşkəs razılaşmasının imzalanmasından sonra başlanıbdır.

Həmin razılaşmaya əsasən, Azərbaycan Respublikası öz ordusu vasitəsilə azad etdiyi ərazilərdən əlavə, işğal olunmuş ərazilərin digər hissələrinə nəzarəti də əldə edib.