Rusiya Qarabağda atəşkəsə riayətə təkid edib
Rusiya müdafiə nazirliyi Qarabağın Hadrut bölgəsindəki pərakəndə atışmalardan sonra İrəvan və Bakını atəşkəsə riayət etməyə çağırıb.
SəhərAzəri xəbər verir, Rusiya müdafiə nazirliyi bir bəyanatda qeyd edibdir ki, Qarabağ bölgəsində savaşın bitməsindən və Rusiyanın bölgədə sülhə nəzarət əməliyyatına başlamasından bəri ilk dəfə olaraq, bu bölgədə atəşkəs pozulubdur.
Bu bəyanat qeyd edibdir ki, Rusiya sülhməramlıları Qarabağ bölgəsində vəzifələrini icra etməyi davam etdirirlər. Rusiya sülhməramlılarının Qarabağdakı 23 nəzarət postunda atəşkəsə nəzarət üzrə sutkalıq fəaliyyət cərəyan edir. Dekabrın on birində Hadrut bölgəsində atəşkəsin pozulması üzrə bir hal baş veribdir.
Ermənistan müdafiə nazirliyi Azərbaycan Respublikası qüvvələrinin Qarabağın cənubunda, Hadrut bölgəsində yerləşən «Xintaqlar və Xetsabord kəndlərinə tərəf irəliləmələrindən xəbər verib.
Mediaların bildirdiklərinə görə, Hadrut bölgəsini ələ keçirmiş Azərbaycan Respublikası qüvvələri hələ ki, həmin bölgədə yerləşən iki kəndə girə bilməyiblər. Bu bölgədə bir qrup erməni qüvvəsi yerləşir.
Azərbaycan Respublikası ilə Ermənistan arasındakı döyüşlər cari il noyabrın onunda Bakı, İrəvan və Moskva arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı.