Gürcüstanda koronavirusun yayılması dayanıb
https://azeri.sahartv.ir/news/qafqaz-i370845-gürcüstanda_koronavirusun_yayılması_dayanıb
Gürcüstanda koronavirus infeksiyasının yayılmasını dayandırmaq mümkün olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2020 09:17 Asia/Baku
  • Gürcüstanda koronavirusun yayılması dayanıb

Gürcüstanda koronavirus infeksiyasının yayılmasını dayandırmaq mümkün olub.

SəhərAzəri Report-a istinadən xəbər verir, bunu ölkənin baş nazir səlahiyyətlərini icra edən Giorgi Qaxariya hökumət iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda yoluxma hallarının sayı nisbətən sabitləşib: “Son aylar ərzində bu gün ilk dəfə olaraq 3 mindən az yoluxma halı qeydə alınıb. Bu, bizə ehtiyatlı nikbinliyə əsas verir”.