Ermənistan hökuməti Paşinyanın dekabrın 31-də istefa verəcəyinə dair xəbərlərə münasibət bildirib
Dek 17, 2020 14:46 Asia/Baku
Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Ermənistan hökumət yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq.