Ermənistanın müdafiə naziri Azərbaycan Respublikası ilə həmsərhəd vilayətə baxış keçirib
Ermənistanın müdafiə naziri Azərbaycan Respublikası və Dağlıq Qarabağın işğaldan azad edilmiş bölgələri ilə həmsərhəd olan Sünik vilayətinə baxış keçirib.
SəhərAzəri xəbər verir, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Azərbaycan Respublikası ilə həmsərhəd olan bölgələrdə yerləşən hərbi bazalara baxış keçirərək, Sünik vilayətində sərhədlərin mühafizəsi prosesinin izlənilməsi üçün göstəriş verib.
Arutyunyan, həmçinin Sünik vilayətinin rəsmiləri ilə görüşdə, əlavə edib: "Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhədlər hər iki tərəfin yüksək rütbəli zabitlərinin iştirakı ilə müəyyən ediləcək.
Ermənistanın müdafiə naziri bu görüşdə, Rusiya sərhədçilərinin bu ərazilərə nəzarət edəcəyini və təhlükəsizlik sisteminin gücləndirilməsi üçün əlavə zəmanətlərin verildiyini vurğulayıb.