İrəvanda hökumətə qarşı aksiyalar davam edir
İrəvanda hökumətə qarşı aksiyalarının başlanmasından 40 gündən çox bir vaxt keçib, Lakin görünən odur ki, bu aksiyaların heç bir nəticəsi yoxdur. Ona görə də müxalifət qüvvələri xalqı bu həftənin ortalarından etibarən ümumxalq tətil aksiyalarına başlamağa çağırıb.
SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Nikol Paşinyanın iki mindən çox müxalifəti İrəvanda aksiya keçirərək, onun vəzifəsindən kənarlaşmasını tələb ediblər. Ermənistanın dini xadimlərindən bir qrupu da bu aksiyada iştirak ediblər.
Paşinyanın əleyhdarları onu Ermənistanın Azərbaycan Respublikası ilə Qarabağ müharibəsində məğlubiyyətinin əsas səbəbkarı hesab edirlər və istafaya etməli olduğunu bildirirlər.
Etirazçılardan birinin dediyinə görə, Ermənistan Azərbaycan Respublikasına qarşı müharibədə müasir hərbi təchizatlara sahib olmadığı məğlub oldu və bu məğlubiyyətə görə, baş nazir məsuliyyət daşıyır.
Ermənistanda baş nazirə və hökumətə qarşı küçə nümayişləri Qarabağ müharibəsi bitdikdən və üçtərəfli bəuanat imzalandıqdan sonra başlayıb. Hansı ki, ona əsasən, Ermənistan, Azərbaycan Respublikası ərazilərinin bir hissəsini, habelə Qarabağ bölgəsində nəzarət etdiyi ərazilərin bir hissəsini geri qaytarmaq məcburiyyətində qalıb.