Ermənistan baş naziri kilsədən qovulub
Qarabağ müharibəsində Azərbaycan Respublikası qarşısında böyük məğlubiyyətə uğrayan Nikol Paşinyan keşiş vasitəsilə kilsədən qovulub.
SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Qarabağ münaqişəsində öldürülmüş erməni əsgərlərin yad edilmələri məqsədilə kilsədə keçirilən dini mərasimdə iştirak etməkdən üçün keşişə hörmət ifadə etmək qarşılığında onun kəskin reaksiyası ilə üzləşib.
Bu mərasimdə keşiş Nikol Paşinyanın əlini rədd edərək, kilsənin qapısını ona göstəribdir.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsindən sonra ilk dəfə olaraq, əhali arasına çıxıb.
Qarabağda müharibənin bitməsinin qırxıncı günündə erməni əsgərlərin xatirələrini yad etmək üçün dekabrın 19-dan etibarən, Ermənistanda üç gün ümumi matəm elan olunub.
Ermənistan hökumətinin müxaliflərindən iki min nəfərdən çox insan bazar günü İrəvanda aksiya keçirərək, baş nazir Nikol Paşinyanın kənarlaşdırılmasını tələb edib. Onlar baş naziri Ermənistanın Qarabağ savaşında məğlub olmasının ən əsas amili hesab edirlər.
Ermənistanın baş naziri və hökumətinə qarşı küçə aksiyaları Qarabağ savaşının başa çatması və sülh müqaviləsinin imzalanmasından sonra başlanıb. Həmin müqaviləyə əsasən, Ermənistan Dağlıq Qarabağın bəzi hissələri də daxil olmaqla Azərbaycan Respublikasının işğal altında olan yerdə qalan hissələrini bu ölkəyə geri qaytardı.