Gürcüstanda iki Azərbaycan vətəndaşını güllələyiblər
https://azeri.sahartv.ir/news/qafqaz-i371148-gürcüstanda_iki_azərbaycan_vətəndaşını_güllələyiblər
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 24, 2020 12:40 Asia/Baku
  • Gürcüstanda iki Azərbaycan vətəndaşını güllələyiblər

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.

SəhərAzəri Apa-ya istinadən xəbər veriri ki, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

Daha sonra verilən məlumata görə, Marneulidə güllələnən hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir. Hər ikisi ayaq nahiyyəsindən güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 

İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.