Dek 24, 2020 21:47 Asia/Baku
  • Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib

Gürcüstan Parlamenti baş nazir Georgi Qaxariyaya, onun Nazirlər Kabinetinin heyətinə və hökumət proqramına səs çoxluğu ilə etimad göstərib.

SəhərAzəri xəbər veriri ki, parlamentin bu gün keçirilən plenar iclasında baş tutan səsverməni Gürcüstan televiziyaları canlı yayımlayıb.

Yerli qanunvericiliyə əsasən, hökumətin parlamentin etimadını qazanması üçün minimum 76 deputatın dəstəyi kifayət edir. Müxalif partiyalar daha əvvəl 10-cu çağırış parlamentə daxil olmaqdan imtina etdiklərini açıqlayıblar. Səsvermə yalnız hakim “Gürcü Arzusu” partiyasının üzvlərinin iştirakı ilə keçirilib.

Hakim "Gürcü arzusu" partiyası oktyabrın 31-də keçirilmiş parlament seçkisində 150 yerdən 90 mandatı qazanıb. Seçkinin nəticələri təsdiqlənəndən sonra hökumət istefaya getmişdi.

Qeyd edək ki, Gürcüstanın yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarətdir.

Baş nazir postuna namizəd Qaxariya yeni kabinetin heyətini və hökumət proqramını təsdiq üçün təqdim edib.

Gürcüstan hökumətinin yeni heyətində cəmi bir dəyişiklik var - Ədliyyə nazirindən başqa, digər nazirlərin hamısı öz yerində qalıb.

"Lehinə 85 deputat səs verib. Əleyhinə səs olmayıb. Gürcüstan Parlamenti hökumət heyətinə etimad votumu göstərib", - parlamentin spikeri Arçil Talakvadze iclasda deyib.

 

Teqlər