Dek 26, 2020 15:16 Asia/Baku
  • Ermənistanın vəziyyəti gərgin olaraq, qalır

Ermənistanın baş naziri Nikol Paşiniyanın əleydarları məqsədlərinə nail olmaq üçün küçələri bağlamadan tutmuş, hökumət qərargahını mühasirəyə almağa qədər hər şeyi edirlər, hansı ki, polislə qarşıdurmalar və həbs olunmalarına səbəb olur. Ermənistanın baş naziri xalqın istəyi əsasında istefa verməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Ermənistanda siyasi vəziyyət 40 gündür ki, gərgindi və müxalifət hələ də baş nazir Nikol Paşiniyanın istefasını tələb edir. Müxaliflər deyirlər: "Baş naziri vəzifəsindən kənarlaşdırdıqdan sonra ölkəni idarə etmək üçün milli birlik hökuməti qurulmalıdır. Keçmiş rejimin hökumdarları tərəfdarlarından 2000 nəfərlə birlikdə öz iradələrini xalqa diktə etməyə çalışırlar, bunun adı əgər çevriliş deyilsə bəs nədir?"

Amma hökumətin tərəfdarları başqa şey söyləyirlər. 

Hər şey Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibənin sona çatması və iki ölkə, habelə müharibənin sona çatması üçün vasitəçi olaraq, Rusiya arasında bir sülh müqaviləsinin imzalanması ilə başladı. Hansı ki ona əsasən, Ermənistanın Azərbaycan Respublikası ərazilərinin bir hissəsini və nəzarət etdiyi Dağlıq Qarabağ bölgəsinin bir hissəsini bu ölkəyə verməli oldu.

İndi müxalifət razılaşmanı imzalayan tərəf kimi baş naziri milli maraqlara xəyanətdə ittiham edir, tərəfdarlar isə keçmiş rejimin ordunu təchiz etmək əvəzinə 25 il ərzində ölkəni talan etdiyini və bunun Ermənistanın Qarabağ müharibəsində məğlub olmasına səbəb olduğunu düşünürlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları, onun vəzifəsindən kənarlaşdırana qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər. Bu elə bir haldadır ki, cənab Paşinyan insanların seçkilərdə iştirak edib, ona səs vermədikləri təqdirdə istefaya gedəcəyini söyləyib.

Teqlər