Yerevanda vəziyyət gərginləşir;
Səkkiz etirazçı Ermənistan parlamentinin qarşısında saxlanıldı
Ermənistan polisi bazar ertəsi Yerevanda parlament binası qarşısında hökumət əleyhinə aksıya keçirilənlərdən 8 nəfərin həbs olunduğunu bildirib.
SəhərAzəri xəbər verir, bazar ertəsi səhər saatlarinda Ermənistanın parlament üzvlərinin növbədənkənar iclası keçirilməsi planlaşdırarkən, etirazçılar parlament binasının qarşısında aksıya keçiriblər.
Ermənistan polisi bazar ertəsi Yerevanda parlament binası qarşısında hökumət əleyhinə aksıya keçirilənlərə qarşı əməliyyat barədə məlumat verərkən, qeyd edib: "İndiyədək polis 8 nəfəri həbs edib."
Binanın qarşısına hüquq mühafizə orqanları əməkdaşları yerlışib və parlamentin girişini bağlayıblar. Aksiya iştirakçıları Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladığı üçün ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Müxalif qüvvələr Paşinyanın yerinə vahid namizəd Vazqen Manukyanın namizədliyini irəli sürüb.