Çeçenistanda atışma olub; İki zabit öldürülüb
https://azeri.sahartv.ir/news/qafqaz-i371334-Çeçenistanda_atışma_olub_İki_zabit_öldürülüb
Çeçenistanda atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı öldürülüb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2020 06:10 Asia/Baku
  • Çeçenistanda atışma olub; İki zabit öldürülüb

Çeçenistanda atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı öldürülüb

SəhərAzəri TASS xəbər agentliyinə istinadən xəbər verir, Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində hüquq-mühafizə orqanlarının iki əməkdaşı öldürülüb. Təhlükəsizlik əməkdaşlarına hücum edən şəxs zərərsizləşdirilib.

Başqa bir mənbənin TASS-a verdiyi məlumata görə, Putin prospektində silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. "O, atışma zamanı zərərsizləşdirilib", - deyə mənbə bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. İnsident baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.