Paşinyan Dağlıq Qarabağın yollarından istifadə haqqına təkid edib
Ermənistanın baş naziri bir müsahibədə Qarabağ bölgəsində yaradılmış dəhlizlərdən Azərbaycan Respublikası ilə birgə faydalanmaq istəyilə çıxış edib.
SəhərAzəri xəbər verir, Nikol Paşinyan daxili telekanallardan biri ilə müsahibədə deyib: "Bölgədəki bütün şose yolları çıxılmazlıq vəziyyətindən çıxmalı və heç bir ölkə birtərəfli məziyyətə malik olmamalıdır".
Paşinyanın iddiasına görə, Azərbaycan Respublikası birtərəfli şəkildə belə hüquqlara malik ola bilməz və Qarabağla bağlı üçtərəfli bəyanatda da belə bir şey qeyd olunmayıbdır.
Ermənistanın baş naziri qeyd edib: "Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmada, qeyd olunan bölgələrdəki bütün istiqamətlərdə qapanmaların aradan qaldırılmasına işarə olunub. Həmçinin tərəflərdən heç biri bu sahədə digəri üzərində üstünlüyə malik deyildir".
Paşinyan əlavə edib: "Digər tərəfdən, əgər bizim Naxçıvandan dəmiryolu vasitəsilə Rusiyaya və İrana əmtəə mal daşımaq icazəsinə malik olmaycağımız bəlli olarsa, Azərbaycan Respublikası da öz vətəndaşları və əmtəə mallarını Meqri vasitəsilə daşımaq haqqından yararlanmayacaqdır".
Dağlıq Qarabağ barədə sülh razılaşması, bu münaqişəli bölgədə bütün düşmənçiliklərin aradan qaldırılması və tam atəşkəsin həyata keçirilməsi məqsədilə noyabrın 10-da Moskvada Azərbaycan Respublikasının prezidenti İlham əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandı.
Bu müqaviləyə əsasən, Qarabağ bölgəsinə nəzarət Azərbaycan Respublikasına verildi.