Ermənistan su elektrik stansiyası və 30 hektar ərazini Azərbaycana qaytaracaq
https://azeri.sahartv.ir/news/qafqaz-i371410-ermənistan_su_elektrik_stansiyası_və_30_hektar_ərazini_azərbaycana_qaytaracaq
Ermənistan Sünik vilayətinin Qarayanc kəndindəki onlarla hektar ərazini və ərazisindəki su elektrik stansiyasını Azərbaycana qaytaracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2020 19:51 Asia/Baku
  • Ermənistan su elektrik stansiyası və 30 hektar ərazini Azərbaycana qaytaracaq

Ermənistan Sünik vilayətinin Qarayanc kəndindəki onlarla hektar ərazini və ərazisindəki su elektrik stansiyasını Azərbaycana qaytaracaq.

SəhərAzəri xəbər verir, bu barədə “Sputnik Ermənistan” Gorus şəhər merinin müavini Menya Ovsepyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 30 hektar bağdan gedir.

Bununla yanaşı, Ovsepyan gileylənib ki, Ermənistan hökuməti onlarla əlaqəyə girməyib və yaranmış vəziyyəti izah etməyib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda-Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.