Gürcüstan qazının 92 faizini Azərbaycan Respublikası təmin edəcək
Yan 05, 2021 16:10 Asia/Baku
Azərbaycan Respublikası Gürcüstanın qaza olan illik tələbatının doxsan iki faizini təmin edəcək.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bazar ertəsi günü bildirib ki, Bakı 2021-ci ildə Gürcüstanla yeni müqavilə əsasında bu ölkəyə iki milyard 730 milyon kubmetr qaz ixrac etməklə razılaşıbdır.
Gürcüstan 2021-ci ildə özünə lazım olan qazın 7,3 faizini, başqa sözlə, iki yüz milyon kubmetrini Rusiyadan satın alacaq.