Yan 08, 2021 11:53 Asia/Baku
  • Gürcüstanda daha, 34 pasiyent ölüb

Gürcüstanda daha 537 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent ölüb.

SəhərAzəri Gürcüstan xəbər agentliklərinə istinadən xəbər verir, Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.
Həmin mənbılırin məlumatına görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Gürcüstanda indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə dünyasını dəyişib.
Hazırda karantin zonalarında 508, stasionar nəzarətdə 3 867 nəfər var. Xəstəliyi yüngül formada keçirən 762 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Teqlər