Ermənistanın baş nazirinin Moskva səfəri narahatlıqla qarşılanır
Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.
SəhərAzəri xəbər verir, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.
Bununla əlaqədar “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib ki, Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal etmək olar ki, Paşinyan düşmənə Ermənistanın bir hissəsini verməyi düşünür.
Digər bir məlumata əsasən, İrəvanda “Siyasi İqtisadiyyat” Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan Nikol Paşinyanın öldürülməsi ehtimalından danışıb.
Siyasətçi deyib: Nikol Paşinyan bizi müharibəyə və kapitulyasiyaya apardı, lakin noyabrın doqquzundan sonra nə intihar etdi, nə də istefa verdi. İstefa tələbi ilə və yeni hökumətin qurulması üçün aparılan siyasi mübarizə hələ heç bir nəticə verməyib. Ona görə də Paşinyan öz davranışları ilə onun fiziki yolla aradan götürülməsi üçün ictimai tələb formalaşdırıb.
O bildirib ki, insanlar müxalifətin Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməməsindən qəzəbləniblər.