Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
https://azeri.sahartv.ir/news/qafqaz-i371885-sabah_moskvada_azərbaycan_rusiya_və_ermənistan_liderlərinin_görüşü_keçiriləcək
Sabah Moskvada Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında danışıqlar aparılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2021 17:18 Asia/Baku
  • Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

Sabah Moskvada Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında danışıqlar aparılacaq.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Kremlin mətbuat xidməti bildirib ki, Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması və iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.
Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub.