Gürcüstanın "Gürcü Arzusu" partiyasına yeni sədr seçilib
Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun sədri vəzifəsinə İraki Kobaxidze seçildi.
SəhərAzəri xəbər verir, Gürcüstanın hakim partiyasının bu gün keçirilən qurultayında bu ölkənin sabiq parlament sədri İrakli Kobaxidze hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri üçün seçilib. İclasda partiyanın 400-ə qədər deleqatı iştirak edib.İrakli Kobaxidze göstərilən etimada görə partiya üzvlərinə təşəkkür edib.
Qurultayda hakim partiyanın 21 nəfərdən ibarət Siyasi Şurasının tərkibi də təsdiqlənib. Partiyanın yeni seçilən sədri İrakli Kobaxidze iclasda siyasi şuranın yeni üzvlərini adlandırdı və onlara müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və sabiq sədri, milyarder Bidzina İvanişvili yanvarın 11-də siyasi fəaliyyətini tərk etdiyini, partiya sədrliyindən və üzvlükdən istefa verdiyini açıqlayıb.