Gürcüstan Azərbaycandan tikinti materialları idxalını azaldıb
https://azeri.sahartv.ir/news/qafqaz-i372266-gürcüstan_azərbaycandan_tikinti_materialları_idxalını_azaldıb
2020-ci ildə Gürcüstan Azərbaycandan 18 480.40 min ABŞ dolları dəyərində 381 524.61 ton sement idxal edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 20, 2021 11:32 Asia/Baku
  • Gürcüstan Azərbaycandan tikinti materialları idxalını azaldıb

2020-ci ildə Gürcüstan Azərbaycandan 18 480.40 min ABŞ dolları dəyərində 381 524.61 ton sement idxal edib.

SəhərAzəri APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, ötən il Azərbaycandan idxal edilən məhsulun dəyəri illik müqayisədə 5 403.81 min dollar və ya 22.6%, həcmi isə 63 890.73 ton və ya 14.3% azalıb. 

Hesabat dövründə qonşu ölkənin Azərbaycandan armatur idxalının həcmi isə illik müqayisədə 7 288.87 ton və ya 20% azalaraq 29 081.30 ton təşkil edib. İdxal edilən məhsulun ümumi dəyəri 12880.70 min ABŞ dollarına bərabər olub.