Yan 22, 2021 18:54 Asia/Baku
  • Ermənistan və Rusiya müdafiə nazirləri telefonla danışıblar

Ermənistan və Rusiyanın müdafiə nazirləri ikitərəfli hərbi həmkarlıqlar və Qarabağ məsələsi barədə danışıblar.

SəhərAzəri xəbər verir, Ermənistan müdafiə nazirliyi bildirib ki, bu telefon söhbətində həmin ölkənin müdafiə naziri Vaqarşak Harutunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dağlıq Qarabağ bölgəsinin əməliyyat durumu, Azərbaycan Respublikasındakı ermənistanlı əsirlərin geri dönmələri və itkin düşmüş erməni əsgərlər barədə danışıblar.

Ermənistanın müdafiə naziri bu söhbətdə həmin ölkənin Sivnik bölgəsində rus sərədçilərinin yerləşdirilmələrinə görə, öz rus həmkarına təşəkkür edib. Tərəflər bölgənin siyasi-hərbi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Teqlər