Fev 03, 2021 09:15 Asia/Baku
  • Qazax sərhədində atəşkəs niyə pozulub?

Ermənistan ordusunun Qazax sərhədində atəşkəs rejimini pozmasında Rusiyanın rol oynadığı iddia olunur.

SəhərAzəri xəbər verir ki,Fevralın 2-də Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdəki  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimini pozulub.

İddia olunur ki, Qazax-Tovuz istiqamətində də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidməti bölmələrini yerləşdirməyə çalışan Moskva bəhs edilən məkanda atəşkəsin pozulmasını özü təşkil edə bilər.

Məsələ ilə bağlı sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Moderator.az saytına açıqlamasında bildirib: Qazax-Tovuz istiqamətində də sərhədi Rusiyanın ixtiyarına verə bilərlər. Onsuz da hazırda Ermənistanın iqtisadi və hərbi imkanları çox miskin durumda olduğundan kiminsə onlara yardım etməsi üçün fürsət axtarırlar. Bu baxımdan da Rusiya sərhədçilərinin Qazax-Tovuz istiqamətində yerləşməsi mümkündür. 

Sabiq baş diplomat qeyd edib ki, Qazax-Tovuz istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi atəşkəsə riayət olunmasını daha rahat təmin edə bilər.

Teqlər