Fev 03, 2021 09:33 Asia/Baku
  • KTMT Rəhbəri: İrəvan yardım üçün bizə müraciət etməmişdi

KTMT sədri bildirib ki, Ermənistana yardım etməsi mexanizmi nəzərdən keçirilməyib, çünki Yerevan təşkilata müraciət etməyib.

SəhərAzəri xəbər verir ki, Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Stanislav Zas bu haqda deyib: "Müəyyən bir dövlətə yardım göstərmək üçün KTMT-nin imkanlarından istifadə şərtləri və prosedurunun açıq şəkildə ifadə olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi olduğunu anlamalıyıq. 4-cü bəndə görə, ölkələrindən birinə təcavüz, onun təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, suverenliyini təhdid edəcək bir hücum halında, bu dövlətin müraciəti əsasıda dərhal hərbi də, daxil olmaqla hərtərəfli yardım edilir. Ermənistandan KTMT-yə hərbi və ya digər yardım üçün müraciət daxil olmadı. Biz bu mexanizmi işə salmadıq."

Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə qan tökülməsinin və böyük faciənin qarşısı alındı. Atəşkəs və Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi münaqişə zonasında, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitləşdirdi.Və əldə olunan razılaşmalar Dağlıq Qarabağ ətrafında böhranın tamformatlı və uzunmüddətli həlli üçün lazımi şərtləri yaradır.

O vurğulayıb ki, KTMT vəziyyətin müşahidəsi və atəşi dayandırıb, danışıqlar masasına oturmaq tələbləri ilə kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər