Gürcüstanda koronavirus qadağaları ləğv edilir
Fev 04, 2021 13:36 Asia/Baku
Gürcüstanda koronavirusa görə tətbiq edilən bir sıra məhdudiyyətlər götürülür
SəhərAzəri xəbər verir, Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında çıxışı zamanı bildirib ki, fevralın 8-dən etibarən böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək, yarmarkaların açılmasına icazə veriləcək.
Fevralın 15-də isə Tbilisi, Kutaisi, Rustavi şəhərlərində məktəblərdə dərslərin fiziki formada davam etdirilməsinə, həmçinin açıq havada fəaliyyət göstərən restoranların xidmət göstərməsinə icazə veriləcək.
Baş nazir qeyd edib ki, ölkədə epidemioloji vəziyyətin müsbət dinamikası qorunub saxlanılacağı təqdirdə məhdudiyyətlərin daha da azaldılması mümkün olacaq.