Gürcüstana koronavirusa qarşı 150 min doza “AstraZeneca” vaksini gətiriləcək
Fev 11, 2021 21:29 Asia/Baku
Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə 150 min doza “AstraZeneca” vaksini gətiriləcək.
SəhərAzəri xəbər verir, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, vaksinlərin mart ayının birinci yarısında ölkəyə gətirilməsi planlaşdırılır.
Nazir qeyd edib ki, vaksinlərin əldə edilməsi məqsədi ilə istehsalçı ilə birbaşa danışıqlar davam etdirilir.
Xatırladaq ki, Gürcüstana “Pfizer” vaksinin ilk partiyasının fevralın sonlarına qədər gətirilməsi planlaşdırılır. Təxminən 30 min doza təşkil edəcək vaksinlərin səhiyyə işçiləri üçün ayrılacağı bildirilib.