Fev 18, 2021 20:10 Asia/Baku
  • Rusiya və Ermənistan xarici işlər nazirləri görüşüblər

Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ sazişinin həyata keçirilməsi prosesini müzakirə edib, barəsində fikir mübadiləsi aparıblar.

SəhərAzəri xəbər verir, Sergey Lavrov və Ara Ayvazyan Rusiya, Ermənistan və Azərbaycan Respublikasının dövlət başçıları arasında əldə olunmuş doqquz noyabr 2020-ci il və on bir yanvar 2021-ci il sazişlərini araşdırıblar.

İki tərəfin danışıqlarında bölgədə əlaqə yollarının açıılması, Qarabağ sakinlərinə humanitar yardımların göstərilməsi və əsirlər mübadiləsi ilə bağlı məsələlər araşdırılıb.

Görüşün davamında Qafqaz bölgəsi ilə bağlı bəzi regional mövzular da nəzərdən keçirilib.

Rusiya prezidenti Vladimir Putin də çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla söhbət edib. Tərəflər Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər.

Teqlər