Gürcüstanda siyasi böhran: Qaxariya gedir, Qaribaşvili gəlir
Gürcüstanda hakim “Gürcü arzusu” partiyası İrakli Qaribaşvilini baş nazir elan edib.
SəhərAzəri xəbər verir, dünən (18 fevral) Giorgi Qaxariya əsas müxalifət partiyasının lideri Nika Melianın həbsi barədə qərarın yaratdığı siyasi böhranla bağlı bu postdan istefa vermişdi.
Parisdə təhsil almış 39 yaşlı Qaribaşvili fevralın 18-də baş nazirin istefasınadək hökumət kabinetində müdafiə naziri postunu tuturdu.
Gürcüstanın Baş naziri Giorgi Qaxariya fevralın 18-də istefa verib. Bundan öncə isə ölkədə əsas müxalifət qüvvəsi sayılan Birləşmiş Milli Hərəkatın sədri Nika Melia barədə həbs qətimkan tədbiri seçilib.
Qaxariya istefasını Tbilisidə xüsusi brifinqdə açıqlayıb. O, məhkəmənin Meliaya qarşı qərarı məsələsində hakim koalisiya ilə razılaşmadığını bildirib.
“Vəzifədən getmək qərarı verdim. Əlbəttə, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Çünki əminəm ki, qütbləşmə və aramışdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və bütün tip böhranların öhdəsindən gəlməsi üçün ən böyük riskdir”, – Qaxariya deyib.
Qaxariya deyib ki, Nikanın həbsi ölkədə siyasi böhranı daha da dərinləşdirə, vətəndaşların rifahına təhdid yarada bilər.
“Təəssüf ki, bu məsələ üzrə komandamla konsensusa gələ bilmədim. İstefa qərarı verdim”, – o deyib.
Baş nazirin istefasından sonra Daxili İşlər Nazirliyi bəyanat yayaraq Melianın saxlanmasının müvəqqəti təxirə salındığını bildirdi. O, 2019-cu ildə hökumət qarşı etirazlar zamanı “kütləvi zorakılığın” təşkilində ittiham olunur. Özü isə ittihamı siyasi motivli adlandırır.
Gürcüstanda məhkəmə ölkənin əsas müxalifət partiyasının lideri barədə həbs-qətimkan tədbiri seçib.
Müxalifət Birləşmiş Milli Hərəkatının (BMH) lideri Nika Meliaya qarşı məhkəmə işini “əcinnə ovu” adlandırır.
Tbilisi şəhər məhkəməsi fevralın 17-də prokurorluğun Melianın həbsi barədə vəsatətini təmin edib.
Gürcüstanın müxalifət partiyalarının liderləri və Melianın tərəfdarları BHM-in Tbilisidəki qərargahının qarşısına toplaşaraq polisə həbs-qətimkan tədbirinin icrasında mane olacaqlarını bildiriblər.