Fev 20, 2021 22:26 Asia/Baku
  • Gürcüstan hökuməti şəhərlərarası nəqliyyatın hərəkətini bərpa etmək niyyətindədir

Biz mart ayından etibarən koronavirus pandemiyası il əlaqədar tətbiq etdiyimiz məhdudiyyətləri mərhələli şəkildə qaldırmağı düşünürük.

SəhərAzəri xəbər verir, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə namizəd Natia Turnava fevralın 20-də parlamentdə keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafına nail olmaq üçün turizm sektoruna tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır. Bunun üçün də ilk növbədə, ölkədaxili və beynəlxalq nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır. Hökumət planlı şəkildə hərəkət etməlidir.

N.Turnava deyib ki, beynəlxalq və ölkədaxili şəhərlərarası nəqliyyatın fəaliyyəti insanların üzləşdikləri bir çox çətinlikləri aradan qaldıracaq.

“Hesab edirəm ki, bir nömrəli məsələ bizim üçün məhz bu olmalıdır”, – deyə N.Turnava vurğulayıb.

O, həmçinin ölkədə qapalı restoranların açılması ilə bağlı çox aktiv bir müzakirələrin getdiyini, bu sektora tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasının sonrakı addımlardan biri olacağını bildirib.

Bundan başqa, otellərdə konfrans və seminarların keçirilməsi və bu sahələrin necə açılacağı barədə çox yaxşı model və mexanizmlər hazırlanır.

Teqlər