Fev 23, 2021 09:56 Asia/Baku
  • Ermənistan müxalifəti İrəvanı ələ keçirməklə hədələyib

Ermənistan milli qurtuluş hərəkatının lideri təhdidlə bildiribdir ki, bu ölkənin paytaxtı İrəvanın küçə və meydanlarını ələ keçirəcəklər.

SəhərAzəri xəbər verir, Vazgen Manukyan İrəvanda anti-hökumət aksiyası keçirən tərəfdarlarının qarşısında bu mətləbi bildirərək, qeyd edib ki, İrəvan küçələrinin ələ keçirilməsilə hakimiyyəti ələ keçirəcəklər.

Manukyan deyib ki, onların mübarizəsi siyasi olmayıb, Ermənistanı xilas etmək üçündür.

Ermənistan milli qurtuluş hərəkatının başçıları müxaliflərin aksiyasında vurğulayıblar ki, geniş bir aksiya ilə İrəvanda həyatın axarını pozacaqlar.

Ermənistanın baş naziri Nikol Paşinyanın müxaliflərindən minlərlə nəfər dünən Ermənistan milli qurtuluş hərəkatının təşəbbüsü ilə İrəvanda etiraz aksiyası keçirib və bir daha onun vəzifəsindən kənara çəkilməsini tələb ediblər.

Aksiyaçılar Paşinyanın Ermənistanın Qarabağ savaşındakı məğlubiyyətində məsuliyyət daşıdığını bildirirlər.

Teqlər