Gürcüstan müxalifəti genişmiqyaslı etiraz aksiyası keçirir
Fev 23, 2021 17:15 Asia/Baku
Gürcüstan müxalifəti parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.
SəhərAzəri xəbər verir, müxalif partiyaların çağırışı ilə parlament binası qarşısına toplaşan etirazçılar müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın azadlığa buraxılmasını və ölkədə erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Aksiya səbəbi ilə Şota Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.