Fev 24, 2021 09:32 Asia/Baku
  • Rusiyalı politoloq ermənilərin Xankəndidəki yürüşünü təxribat adlandırdı

Rusiyalı təhlilçi erməni separatçılarının Xankəndidə keçirdiyi kütləvi yürüşü təxribat adlandırıb.

SəhərAzəri xəbər verir ki, tanınmış rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Axar.az portalına verdiyi müsahibədə deyib ki, fevralın 20-də Xankəndidə ermənilərin “Qarabağ milli azadlıq hərəkatının ildönümü” münasibətilə “matəm yürüşü” adı altında keçirdikləri tədbir və Rusiya sülhməramlılarının bu tədbiri müşayiət etməsini təsdiq edən erməni KİV-in yaydığı faktlar Ermənistan tərəfinin növbəti təxribatı ola bilər.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının bu tədbirlə qətiyyən əlaqəsi yoxdur. Çünki onlar polis və ya idarəetmə fəaliyyətini həyata keçirmirlər, öz vəzifələrini üçtərəfli bəyanata uyğun olaraq yerinə yetirirlər, orada onların funksiyaları dəqiq müəyyən edilir. Ermənilər mərkəzi meydanda özlərini assalar da, sülhməramlı qüvvələrin məsələdə iştirak etməsi, yaxud da qarışması absurddur, zira onların belə bir mandatı yoxdur. Erməni fəalları kütləvi şəkildə intihar da edə bilərlər, orada axmaqlar çoxdur. Əgər ağıllarını itiriblərsə, Rusiya sülhməramlıları buna görə məsuliyyət daşımır. Bu, erməni cəmiyyətinin problemidir, faşizm və millətçilik ideologiyası onların beyninə hopub.

Xatırladaq ki, Qarabağ ermənilərinin "miatsum" şüarı ilə Xankəndidə keçirdiyi yürüşlərinə xatir Azərbaycanda rusiyalı sülhməramlılar kəskin tənqid olunur. 

Teqlər