Fev 25, 2021 16:35 Asia/Baku
  • Paşinyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisini istefaya göndərib

Ermənistanın baş naziri bu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

SaharAzeri xəbər verir, Nikol Paşinyan bu ölkədə hərbi çevrilişə cəhd edildiyindən xəbər verib. Ermənistanın baş naziri çevriliş cəhdinə cavab olaraq, tərəfdarlarını yürüşə çağırıb.

Ermənistan Silahlı Qüvvələri hökumətin və baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Müxalifət qrupları da İrəvanın əsas küçələrini bağlayaraq, hökuməti istefaya səsləyiblər.

Nikol Paşinyan tərəfdarlarının İrəvanda keçirilən yürüşündə iştirak edib.

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

 
O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Ermənistan müxalifəti, ölkəsinin ikinci Qarabağ müharibəsində məğlub olmasında baş nazirin  məsuliyyət daşıdığını söyləyir. Ötən il oktyabr ayının əvvəllərində bu ölkə ilə Azərbaycan Respublikası arasında başlayan müharibə, 44 gün ərzində 5 min erməni əsgərinin həyatına son qoydu və minlərlə insanın yaralanmasına səbəb oldu.

Paşinyan isə yalnız Ermənistanda seçki keçiriləcəyi təqdirdə vəzifəsindən istefa verəcəyini bildirib.

Teqlər