Nikol Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib
Ermənistanın baş naziri tərəfdarlarının qarşısında ölkəsini tərk etmək niyyətində olmadığını və vəziyyətin idarəolunan olduğunu söyləyib.
SaharAzeri xəbər verir, Nikol Paşinyan deyib: "Ümid edirəm məlumat vasitəsilə bu çaxnaşma yaratmaya öyrəşmisiniz. Şayiələr yaymağa davam edirlər və qaçmaq üçün bir təyyarə hazırladığımızı iddia edirlər. Biz buradayıq və nə baş versə də vətənimizi tərk etməyəcəyik. mənim ailəm buradadır".
"Ermənistandakı vəziyyət nəzarət altındadır, gərginlik və qarşıdurmalar azaldılmalıdır. Ordu xalqa və baş nazirə tabedir", - deyə Paşinyan qeyd edib.
Bu gün Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan müavininin işdən çıxarılmasına etiraz olaraq, müavinlərindən bir qrupu ilə birlikdə baş nazir və hökumətin istefasını tələb edən bir bəyanat yayıb.
Bəyanatda deyilir: "Ermənistan Silahlı Qüvvələri baş nazir və hökumətin istefasını tələb edir və xalqa qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edir. Ordu həmişə xalqın yanındadır".
Bəyanat verildikdən bir neçə dəqiqə sonra, Ermənistanın baş naziri Qasparyanı vəzifəsindən qovub və Facebook hesabında yazıb: “Baş qərargah rəisinin bəyanatı hərbi çevriliş cəhdidir. Bütün tərəfdarlarımızı Respublika meydanına gəlməyə çağırıram".
Paşinyan özü də tərəfdarlarının qarşısına çıxıb.
Qeyd edək ki, İrəvan, Bakı və Moskva arasında Qarabağda atəşkəsə dair üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda baş nazirə qarşı tənqidlər və etirazlar artıbdır.
Ermənistan Qarabağda baş verən 44 günlük müharibədə, Azərbaycan ordusun irəliləməsindən sonra Qarabağın ətrafinda işğal etdiyi yeddi rayonu boşaltmaq və beynəlxalq sərhədlərə çəkilmək məcburiyyətində qaldı.
Ermənistan müxalifəti Paşinyanı müharibədə erməni qüvvələrini ölümə verməkdə və onlara xəyanət etməkdə günahlandırır və onun hakimiyyətdən getməsini tələb edir.