Fev 26, 2021 12:08 Asia/Baku
  • Ermənistan müxalifəti bu ölkə parlamentinin önündə piket keçirir

Ermənistan müxalifəti baş nazirin istefasına qədər bu ölkə parlamenti qarşısındakı piketini davam etdirəcəyini vurğulayıb.

SaharAzeri xəbər verir, Ermənistandakı 17 müxalif partiya adından çıxış edən Vazgen Manukyan baş nazir Nikol Paşinyanın siyasi böhrandan çıxmaq üçün həll yolunun tapılması məqsədilə dialoq aparmaq barədəki təklifinə qarşı çıxıb.

O vurğulayıb ki, dialoqa ehtiyac yoxdur və baş nazir tez bir zamanda öz vəzifəsindən istefa verməlidir.

Ermənistanda hökumət əleyhinə etirazlar 2020-ci ilin noyabrında və Nikol Paşinyanın Azərbaycan Respublikası ilə atəşkəs haqqındakı qərarının elan edilməsindən sonra başlanıb.

Ermənistan xalqının əksər hissəsi bu qərarı Azərbaycan Respublikası qarşısında məğlubiyyət kimi qələmə verir.

Ermənistandakı müxalif partiyalar yekdilliklə Paşinyanın istefasını tələb edirlər. Onlar bu ölkənin sabiq baş naziri Vazgen Manukyanı hökuməti idarə etməyə namizəd kimi irəli sürüblər.

Teqlər