Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsilə razılaşıb
Ermənistanın baş naziri bu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, ötən həftələrdə Ermənistanda siyasi böhranın şiddətlənməsi bu ölkədə sabitliyi təhlükəyə salıbdır.
Nikol Paşinyan deyib: Qoyun, seçki məntəqələrinə gedək və görək ki, xalq hansı kəsin istefasını istəyir.
Bundan öncə, daxili çəkişmələrin ardınca Paşinyan Ermənistan ordusunun baş qərargah rəisinin kənarlaşdırılması haqda göstəriş verdi, amma bu ölkənin prezidenti həmin məsələ ilə razılaşmadı, bu da Ermənistandakı siyasi vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb oldu.
Nikol Paşinyan son Qarabağ savaşını idarə etmək tərzinə və Azərbaycan Respubliikası ilə atəşkəs müqaviləsi imzalamasına görə, əleyhdarları tərəfindən son dərəcə təzyiq altına alınıbdır.