Manukyan: "Ordu Paşinyanın qərarına tabe olmayacaq"
https://azeri.sahartv.ir/news/qafqaz-i373985-manukyan_ordu_paşinyanın_qərarına_tabe_olmayacaq
Ermənistanda müxalifət lideri yenidən Paşinyana meydan oxudu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2021 06:57 Asia/Baku
  • Manukyan:

Ermənistanda müxalifət lideri yenidən Paşinyana meydan oxudu.

SəhərAzəri xəbər verir ki, müxalif “Vətənin Qurtuluşu  Hərəkatı”ndan baş nazirliyə namizəd olan Vazgen Manukyan deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu itaət etməyəcək.

O, həmçinin Qasparyan məsələsində Paşinyanın Armen Sərkisyana təzyiq göstərdiyini güman etdiyini bildirib.

Manukyan, hökuməti təhdid edərək, əlavə edib ki, əgər müharibə istəyirlərsə, onu alacaqlar.

Xatırladaq ki, Qaspariyanın baş nazir tərəfindən kənarlaşdırılması Ermənistanda böyük böhrana səbəb olub, prezident bu qərarı imzalamaqdan imtina edir. Paşinyan isə ordu generalını dövlətə xəyanətdə ittiham edir.