Erməni müxalifət liderinə cinayət işi açılıb
https://azeri.sahartv.ir/news/qafqaz-i373993-erməni_müxalifət_liderinə_cinayət_işi_açılıb
Ermənistan İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı hakimiyyəti zorla ələ keçirməyə çağırış maddəsi ilə cinayət işi açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2021 13:47 Asia/Baku
  • Erməni müxalifət liderinə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı hakimiyyəti zorla ələ keçirməyə çağırış maddəsi ilə cinayət işi açıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq meydanında keçirilən mitinqlərdə açıq şəkildə hakimiyyəti ələ keçirməyə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib. Bununla əlaqədar Vazgen Manukyanın Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsinə qərar verilib”, - məlumatda qeyd olunub.

Manukyanı 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.