Mart 11, 2021 09:40 Asia/Baku
  • Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı baş tutub; Tərəflər telefon danışığı zamanı hərbi əməkdaşlıq və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

SəhərAzəri xəbər verir, bu ölkənin müdafiə nazirliyi bir bəyanat yayaraq, bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyan ilə telefon söhbəti zamanı ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər, eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

Rusiya, Azərbaycan Respublikası və Ermənistanla üçtərəfli razılaşmanın imzalanmasından sonra Qarabağda atəşkəsə nəzarət etmək üçün Azərbaycan Respublikasına sülhməramlı kontingenti göndərib. Rusiya sülhməramlıların beş il müddətinə Qarabağ Bölgəsində iştirakı qərara alınıb və Türkiyə qüvvələri ilə birlikdə bu bölgəyə nəzarət edəcəklər.

Teqlər