Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib
https://azeri.sahartv.ir/news/qafqaz-i374315-ermənistan_prezidenti_xəstəxanaya_yerləşdirilib
Ermənistan prezidenti ürək çatışmazlığına görə xəstəxanaya yerləşdirilib və ürəyində stend qoyulması üzrə əməliyyat keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2021 17:53 Asia/Baku
  • Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

Ermənistan prezidenti ürək çatışmazlığına görə xəstəxanaya yerləşdirilib və ürəyində stend qoyulması üzrə əməliyyat keçirilib.

SəhərAzəri xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti bununla bağlı Rusiyanın «İnterfaks» xəbər agentliyinə bildirib ki, Sarkisyan koronavirusa yoluxma keçmişinə görə, bir müddətdir, ürək problemləri yaşayır.

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkə ordusunun baş qərargah rəisini işindən qovdu, amma bu hökm Sarkisyanın müxalifətinə tuş gəldi.

Ermənistanda siyasi böhran bu ölkə ordusunun baş qərargah rəisi Onik Qasparyanın və bu ölkənin yüksək rütbəli komandanlarının bir bəyanat yayaraq, Paşinyanın istefasını tələb etmələrindən sonra başlanıb.