Ermənistan prezidenti tibbi müayinədən sonra işinə qayıdıb
Mart 12, 2021 21:37 Asia/Baku
Ermənistan prezidenti Armen Sarkisyan tibbi müayinədən sonra öz işinin başına keçib.
SəhərAzəri xəbər verir ki, bu barədə prezidentin ofisindən bildirilib. Onun COVID-19 əlamətləri səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilirdi.
“Interfax” xəbər agentliyi isə yerli mətbuata istinadən prezidentin ürək problemlərinin olması barədə xəbər vermişdi.
“Ermənistan prezidenti Armen Sarkisyan bu gün tibb mərkəzində müayinədən keçib. Prezident artıq testdən keçib və adi işinə qayıdıb”, - məlumatda belə deyilir.