Mart 16, 2021 10:03 Asia/Baku
  • Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradılıb

Gürcüstan parlamentinin Diaspor məsələləri Komitəsinin nəzdində milli azlıqların problemləri ilə bağlı Elmi-Məsləhət Şurası yaradılıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək Şura milli azlıqların qarşılıqlı və səmərəli inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli məsələləri ilə məşğul olacaq.

Qurum həmçinin, milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də fəaliyyət göstərəcək.

Teqlər